Kiprdə bufer zonada olan BMT sülhməramlı qüvvələrinin nümayəndələrinin orada yaşayan kipr türklərinə qarşı hərəkətləri qəbuledilməzdir və regionda gərginliyə səbəb olur.
Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada prezident sarayında onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
"Sülhməramlı qüvvələrin Şimali Kipr Türk Respublikasının sakinlərinə qarşı hərəkətləri bizim üçün qəbuledilməzdir. Təəssüf ki, onlar regionda gərginliyin artmasına səbəb olub, onların nə hüquqi, nə də humanitar əsasları var", - Ərdoğan bildirib.