Ukrayna prezidenti Vladimir Zelenski Yunanıstana səfər edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında yazıb. Məlumta görə, burada o, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Qərbi Balkan ölkələrinin liderləri ilə də görüşəcək.
O, Yunanıstan prezidenti Katerina Sakellaropoulou və baş nazir Kiriakos Mitsotakislə görüşəcəyini təsdiqləyib. Zelenski Danimarkadan Afinaya uçub, orada kraliça II Marqret tərəfindən qəbul edilib və parlamentdə çıxış edib.