İranın quru qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydərinin başçılıq etdiyi hərbi nümayəndə heyəti Moskvaya gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
“İran İslam Respublikası silahlı qüvvələrinin quru qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydərinin başçılıq etdiyi hərbi nümayəndə heyəti ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Moskvaya gəlib”, - deyə nazirlikdən bildirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Komandanı Oleq Salyukov və İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri əməkdaşlığın artırılması barədə razılığa gəliblər.
“Hərbi rəhbərlərin görüşü zamanı quru qoşunları arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə dair razılıqlar əldə olunub”, - Rusiya Müdafiə Nazirliyi qeyd edib.