İstanbulda mədəniyyət mərkəzinin binasında yanğın baş verib

14:57 - 21 Avqust 2023 - DÜNYA

İstanbulun Esenyurt rayonunda yanğın baş verib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Erol Olçok Mədəniyyət Mərkəzinin çoxmərtəbəli binası yanır.

Hələlik tələfat barədə məlumat yoxdur.

Hadisə yerində çoxlu sayda yanğınsöndürmə briqadası var.

Yanğının baş vermə səbəbi araşdırılır.

Xəbər xətti