Ukrayna F-16 qırıcılarından yalnız öz ərazisində istifadə edə biləcək
Ucnoqta.az xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Yakob Elleman-Yensen deyib.
"Biz silahları düşməni Ukraynadan sıxışdırmaq üçün istifadə etmək şərti ilə təhvil veririk. Və başqa heç nə yoxdur. Bunlar tanklar, döyüş təyyarələri və ya başqa bir şey olsun, şərtlərdir. Bu siqnalı əlbəttə ki, Ukrayna alacaq” -o, deyib
Qeyd edək ki, Danimarkadan ilk altı F-16 təyyarəsi altı ay ərzində Ukraynaya çatacaq.