Türkiyəyə yeni isti dalğası yaxınlaşır
Ucnoqta.az xəbər verir ki, Baş Meteorologiya İdarəsi məlumat yayıb. Məlumata görə, ölkənin bəzi bölgələrində havanın temperaturu mövsümi normadan 10 dərəcə yuxarı qalxacaq,
Ölkənin şərq və cənub-şərqində müşahidə olunan isti dalğaları digər rayonlarda da öz təsirini göstərəcək.
Türkiyənin şimal-şərq rayonlarında və Egey və Aralıq dənizlərinin rayonlarında buludlu olacağı, Qara dənizin şərq sahillərində və Mərkəzi Qara dənizin şərq sahillərində və şimal-şərq rayonlarında havanın dəyişkən buludlu olacağı gözlənilir.
Şərqi Anadolunun bəzi yerlərində leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, ölkənin qalan hissəsinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Meteoroloqların məlumatına görə, yüksək temperatur Diyarbəkir (41 dərəcə), Qaziantep (40 dərəcə) və Ədirnə (38 dərəcə) əyalətlərində müşahidə olunacaq.