Ukrayna prezidenti Volodimir Zelenskinin avqustun 21-də Afinaya gələcəyi və Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin ev sahibliyi etdiyi Qərbi Balkan ölkələrinin liderləri ilə şam yeməyində iştirak edəcəyi gözlənilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “To Vima” portalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Ukrayna liderinin səfəri təhlükəsizlik səbəbi ilə açıqlanmır.
Yunanıstan prezidentinin administrasiyası müvafiq məlumatı təkzib və ya təsdiqləməkdən imtina edib.
Eyni zamanda Yunanıstanın baş nazirinin mətbuat xidməti məlumat verib ki, avqustun 21-də Afinada Aİ liderlərinin iştirakı ilə Qərbi Balkan ölkələri və Avropa İttifaqının regional dövlətləri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.