Suriya hərbçiləri Həma və İdlib əyalətlərinə zərbələr endirib

12:37 - 21 Avqust 2023 - DÜNYA

Suriya hərbçiləri Həma və İdlib əyalətlərində silahlı dəstələrinin bazalarına raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Watan” yazıb. Məlumata görə, zərbələr silahlıların şimal deeskalasiya zonasında atəşkəsi pozmasına cavab olaraq ağır silahlarla həyata keçirilib.

Zərbələr Orontes çayı vadisindəki Es-Sirmaniya, Ez-Ziyar və Xirbet en-Nakus bölgələrində düşmənin komanda məntəqələri və arxa dayaq məntəqələrinə endirilib.

Xəbər xətti