Böyük Britaniyanın xarici işlər naziri avqustun sonunda Çinə səfər edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli iki ölkə arasında münasibətləri sabitləşdirmək üçün avqustun sonunda Çinə səfər edəcək. Agentliyin mənbələrindən birinin məlumatına görə, Ceyms Kleverli avqustun 29-da Pekinə gələcək.
Digər agentlik mənbəsi səfərin avqustun sonunda baş tutacağına inansa da, onun vaxtını dəqiqləşdirməyib.