Ərdoğan və Putin arasında görüşlə bağlı konkret məlumat yoxdur

12:00 - 21 Avqust 2023 - DÜNYA

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında avqustda baş tuta biləcək görüş barədə konkret məlumat yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə liderinin mətbuat xidmətindən məlumat verilib.

"Bu məsələ ilə bağlı bizdə indi heç bir məlumat və konkretlik yoxdur. Görüşlə bağlı heç bir məlumat verə bilmərik", - mətbuat xidmətindən bildiriblər.

Agentliyin həmsöhbəti təsdiqləyib ki, prezidentlərin avqustun sonuna qədər görüşünün tarixləri əvvəllər açıqlanıb. Amma dəqiqlik olmasa da, administrasiya “konkretliklər olan kimi mediaya məlumat verəcək”.

Xəbər xətti