50-yə yaxın təyyarə Moskvaya enə bilmədi

10:36 - 21 Avqust 2023 - DÜNYA

50-yə yaxın təyyarə Moskvaya enə bilməyib və digər hava limanlarına yönləndirilib

Ucnoqta.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir. Moskvada hava məkanından istifadə ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb və bazar ertəsi səhər tezdən 50-yə yaxın təyyarə başqa hava limanlarına yönləndirilib.

"45 sərnişin reysi və iki yük reysi Nijni Novqorod, Kazan və Sankt-Peterburqun alternativ hava limanlarına yönləndirilib. Hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər götürüldükdən sonra Moskva vaxtı ilə saat 08:30-da bu reyslərin sərnişinləri təyinat yerinə çatdırılacaq" - məlumatda deyilir.

Uçuşların qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğu dövrdə hava gəmilərinin ekipajları, dispetçerlər və hava limanının yerüstü xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görüblər.

Xəbər xətti