Şimali Koreya nüvə silahından istifadə edə bilər

07:39 - 21 Avqust 2023 - DÜNYA

Cənubi Koreya lideri Yoon Sok Yol Şimali Koreyanın nüvə silahından istifadə edə biləcəyini deyib

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Cənubi Koreya prezidenti Yoon Sok Yol hökumətin iclası zamanı bildirib ki, Pxenyan öz məqsədlərinə çatmaq üçün nüvə silahından istifadə edə bilər.

"Müharibədə məqsədinə nail olmaq üçün Şimali Koreya bütün mövcud imkanları səfərbər edəcək və nüvə silahından istifadə etməyə hazır olacaq”, - deyə prezident bildirib.

O, müharibə vəziyyətində Şimali Koreyanın mümkün cəhdlərinə qarşı hazırlığa çağırıb.

O, həmçinin Pxenyanın nüvə elektrik stansiyalarına, qabaqcıl sənaye obyektlərinə və telekommunikasiya şəbəkələrinə hücumlar vasitəsilə Cənubi Koreyanın milli infrastrukturunu iflic etmək niyyəti barədə xəbərdarlıq edib.

Xəbər xətti