Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarıstanın baş naziri Viktor Orban ilə iki ölkə arasındakı münasibətləri, Ankaranın Avropaya inteqrasiyasını və aktual beynəlxalq məsələləri müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi görüşün yekunlarına görə məlumat yayıb.
“Danışıqlarda Türkiyə və Macarıstan münasibətləri ilə yanaşı, Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlüyü məsələsi, regional və beynəlxalq problemlər də nəzərdən keçirilib”, - məlumatda deyilir. Görüşün digər təfərrüatları açıqlanmayıb.