Oğuzda tələbə qız qəfil vəfat edib - Foto

10:41 - 20 Avqust 2023 - ÖLKƏ İÇİ

Oğuz rayonunun Bayan kəndində 18 yaşlı qız vəfat edib.

“Report"un məlumatına görə, 2005-ci il təvəllüdlü Aydan Vidadi qızı Umarova yaşadığı evdə özünü pis hiss edib. O, Təcili Tibbi Yardım avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Qeyd edək ki, Aydan Umarova Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi olub.

Xəbər xətti