Rusiya-Abxaziya hərbi təlimləri keçiriləcək

11:53 - 19 Avqust 2023 - DÜNYA

Abxaziyanın dörd rayonunda on gün ərzində Abxaziya və Rusiya hərbçilərinin birgə təlimləri keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Abxaziya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Abxaziya Silahlı Qüvvələri və Rusiya Federasiyası Silahlı Qüvvələrinin birgə təlimi planına uyğun olaraq, 2023-cü il avqustun 21-dən sentyabrın 1-dək ərazidə xüsusi taktiki-uçuş və taktiki təlimlər keçirilir. 

Qeyd olunur ki, təlimlərin əsas məqsədi qoşunların və qüvvələrin səhra hazırlığının səviyyəsini yüksəltmək, təyinatı üzrə döyüş tapşırıqlarını yerinə yetirərkən onların hərəkətlərini əlaqələndirməkdir. 

Xəbər xətti