Zaqatalada 22 yaşlı qız dərmandan zəhərlənib

08:53 - 19 Avqust 2023 - ÖLKƏ İÇİ

Zaqatalada zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, şəhərin S. Kazımov küçəsində yaşayan 2001-ci il təvəllüdlü Aygül Nadir qızı Hüseynova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. 

Müayinə zamanı A. Hüseynovanın dərmandan zəhərləndiyi məlum olub.

İlkin tibbi yardımdan sonra vəziyyəti sabitləşdiyi üçün ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti