Burkina Faso və Mali həmrəylik əlaməti və istənilən təcavüzü dəf etmək üçün hərbçilərin çevriliş həyata keçirdiyi Niger ərazisinə öz döyüş təyyarələrini yerləşdirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RTN telekanalı məlumat yayıb.
Bildirilir ki, Mali və Burkina Faso birgə kommünikelərində yer alan öhdəliklərini konkret fəaliyyətə çevirirlər. İki qardaş ölkə Nigerə qarşı istənilən formada təcavüzə cavab vermək üçün döyüş təyyarələrini yerləşdirib.