Kanada Rusiya məhkəmə hakimlərinə qarşı sanksiyalar tətbiq edib

18:48 - 18 Avqust 2023 - DÜNYA

Kanada Moskva Şəhər Məhkəməsi, Basmannı Rayon Məhkəməsi və Xamovniçeski Rayon Məhkəməsinə qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Agentliyin məlumatına görə, məhdudlaşdırıcı tədbirlər 15 nəfərə də təsir edib.

İyulun 20-də Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirərək, sanksiya siyahısına onlarla fiziki və hüquqi şəxs əlavə edib. Rusiyanın mobil operatorları, Tinkoff Bank, Tochka Bank, Mir card, Yandex Pay və Moskva Şəhər Kazakları İcması məhdudlaşdırıcı tədbirlərə məruz qalıb. Siyahıya həmçinin Rusiyanın mədəniyyət və şou-biznes xadimləri, o cümlədən İosif Priqojin, İvan Oxlobıstin, Nikita Mixalkov, Yuliya Çiçerina, Filipp Kirkorov, Dmitri Xaratyan, Mariya Fedoseyeva-Şukşina, Aleksandr Sklyar və başqaları daxildir.

Xəbər xətti