ABŞ dövlət katibi və Səudiyyə Ərəbistanının xarici işlər naziri telefonla danışıb

16:26 - 18 Avqust 2023 - DÜNYA

ABŞ dövlət katibi Entoni Blinken və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud arasında telefon danışığı olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, onlar Ciddədə Ukrayna üzrə keçirilən məsləhətləşmələrin nəticələrini müzakirə ediblər.

Tərəflər ordu ilə çevik reaksiya qüvvələri arasında döyüşlərin davam etdiyi Sudandakı vəziyyəti nəzərdən keçirib, həmçinin Yaxın Şərq regionunda təhlükəsizliyin gücləndirilməsi üçün birgə işin koordinasiyasını gücləndirmək barədə razılığa gəliblər, hesabatda deyilir.

Xəbər xətti