Rusiyaya məxsus İl-38 təyyarəsinin Yapon dənizi üzərində uçuşu səbəbindən Yaponiya qırıcılarını havaya qaldırıb
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin özünümüdafiə qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin saytında məlumat verilib. Ölkənin özünümüdafiə qüvvələrinin Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, Rusiya aviasiyası Yapon dənizi, Tsusima boğazı üzərindən uçub, sonra Şərqi Çin dənizi üzərində dönüş edib və əks istiqamətə qayıdıb.