Qazaxıstanda xilasedicilər Qaraqanda vilayətində "ArcelorMittal Temirtau" şirkətinin "Kazakhstanskaya" mədənində yanğın nəticəsində həlak olan üçüncü şaxtaçının cəsədini tapıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
"Üçüncü şaxtaçının cəsədi tapılıb. Hazırda şəxsiyyətinin müəyyənləşdirilməsi davam etdirilir. Mərhumun həmkarları, şirkətin bütün kollektivi dərin hüznlə başsağlığı verir, vaxtsız dünyasını dəyişən yoldaşın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. ArcelorMittal Temirtau hərtərəfli dəstək göstərir. həlak olan mədənçilərin ailələrinə başsağlığı veririk”, - deyə məlumatda bildirilir.
Daha əvvəl bildirilib ki, şaxtada xilasetmə əməliyyatları zamanı iki şaxtaçının cəsədi tapılıb.