Cənubi Koreya hakimiyyəti Hərbi Hava Qüvvələrinin kəşfiyyat imkanlarını təkmilləşdirmək üçün 2028-ci ilə qədər orta hündürlükdə uçan PUA-ların kütləvi istehsalı planını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Müdafiə Təchizat Proqramı Ofisi məlumat yayıb. Məlumata görə, layihənin dəyəri 730 milyon dollardan çox olacaq, hasilatın həcmi açıqlanmır.
"Gözlənilir ki, bu layihənin həyata keçirilməsi Şimali Koreyada davamlı məlumat toplanması və kəşfiyyat missiyalarına imkan yaradacaq, həmçinin ölkədə pilotsuz təyyarə layihələrinin inkişafı üçün zəmin yaradacaq", - DAPA Müdafiə Layihələrinin Təşviqi Komitəsindən bildiriblər.
Orta hündürlükdə olan PUA-lar 3 min metrdən 9 min metrə qədər yüksəkliyə qalxır.