Ukraynada Rusiya və Belarusun 2 milyard dollara yaxın aktivlərinə həbs qoyulub

11:11 - 18 Avqust 2023 - DÜNYA

Ukraynada Rusiya və Belarusun 2 milyard dollara yaxın aktivlərinə həbs qoyulub

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Nazirlər Kabinetinin naziri Oleq Nemçinov deyib. Nemçinov bildirib ki, Ukrayna hakimiyyəti Rusiya və Belarusun təxminən 2 milyard dollar dəyərində aktivlərini həbs edib və müsadirə edib.

"Aktivlərin identifikasiyası, axtarışı və idarə edilməsi üzrə Ukrayna Milli Agentliyi tərəfindən idarə olunan aktivlər də daxil olmaqla, bu, 70 milyard qrivendən (1,915 milyard dollar) çoxdur", - o, bildirib. 

Nemçinov xatırladıb ki, Ukrayna hakimiyyətinin məlumatına görə, benefisiar sahibi rusiyalı iş adamı Mixail Şelkov olan Demurinski mədən və emalı zavodu kimi iri əmlak kompleksləri, rusiyalı iş adamı Oleq Deripaskanın aktivləri, üç Rusiya bankının aktivləri müsadirə edilib

Xəbər xətti