Xarici işlər naziri Hakan Fidan məsələnin nəticələrini rusiyalı həmkarı Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə müzakirə etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti yazıb. Məlumata görə, bundan sonra prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş baş tuta bilər.
Birinci ssenariyə görə, mövcud vəziyyətdən çıxış yolu tapılmayacaq və bu, ərzaq böhranının kəskinləşməsinə gətirib çıxaracaq, bu isə Rusiya, Ukrayna və ABŞ-ın maraqlarına uyğun gəlmir. Belə olan halda tərəflər arasında dialoq kanalları tamamilə bağlanacaq, hərbi gərginlik artacaq.
İkinci ssenari “birtərəfli hərəkətlər və ikitərəfli razılaşmalar əsasında alternativ yolların yaradılmasını”, xüsusən də Ukraynanın kənd təsərrüfatı məhsullarının Dunay vasitəsilə və ya qurudan Avropaya çatdırılmasını nəzərdə tutur.
Üçüncü ssenariyə görə, Rusiyanın bəzi narahatlıqları aradan qaldırıldıqdan sonra taxıl dəhlizi əvvəlki formatda fəaliyyətini bərpa edəcək. Qəzetin fikrincə, bu, “bütün tərəflərin faydalanacağı və qlobal ərzaq böhranının qarşısını alacaq yeganə variantdır”.