Taxıl müqaviləsinin dayandıqdan sonra ilk quru yük gəmisi Bosfora daxil olub

08:31 - 18 Avqust 2023 - DÜNYA

Avqustun 16-da Rusiyanın xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl olduğu Odessa limanını tərk edən Honq-Konq bayrağı altında “Joseph Schulte” konteyner gəmisi saat 07:00 radələrində Bosfor boğazına daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb. Qeyd edilir ki, quru yük gəmisi taxıl müqaviləsi dayandırıldıqdan sonra boğaza daxil olan kənd təsərrüfatı məhsulları daşıyan ilk gəmi olub.

Gəmi avqustun 17-də axşam saatlarında Türkiyənin İstanbul yaxınlığındakı Ambarlı limanına gəlib. Yük gəmisinin marşrutu barədə məlumat verilmir.

Xəbər xətti