Ukraynanın pilotsuz uçuş aparatı Moskvaya hücum etməyə cəhd edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
"PUA hava hücumundan müdafiə silahlarına məruz qaldıqdan sonra uçuş yolunu dəyişərək Moskvanın Krasnopresnenskaya sahilində qeyri-yaşayış binasının üzərinə düşüb", - nazirlik bildirib.