UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Finlandiyada HİK və "Qarabağ" komandaları arasında oyun keçirilib.
Ucnoqta.az xəbər verir ki, "Bolt Arena"da keçirilən matc "Qarabağ"ın qələbəsi ilə başa çatıb. İlk topu oyunun 11-ci dəqiqəsində rəqib futbolçu Santeri Hostikka açıb. Birinci hissənin 45+4-cü dəqiqəsində Toral Bayramov hesabı bərabərləşdirib 1:1. İkinci hissənin 55-ci dəqiqəsində Yassin Benzia fərqi iki topa çatdırıb 2:1.
Xatırladaq ki, Bakıda keçirilən ilk oyun da "Qarabağ"ın 2:1 hesabı ilə yekunlaşmışdı.
Bununla da "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.
Ağdam klubu Avroliqanın pley-offunda "Olimpiya" (Sloveniya) ilə qarşılaşacaq. İlk qarşılaşma avqustun 24-ü “Olimpiya”nın meydanında olacaq. Cavab matçı avqustun 31-də keçiriləcək.