Belarus prezidenti Aleksandr Lukaşenko Çinin müdafiə naziri Li Şanqfu ilə görüşündə ona hədiyyə xəncəri təqdim edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb. Bundan əlavə, o, qızılı bizon heykəlini Çin prezidenti Si Cinpinə hədiyyə verib.
"Cənab nazir, bu, bir hərbçi kimi sizin üçündür. Mənim xahişim odur ki, bizim bu simvolumuzu Belarusumuzun simvolu olan Si Cinpinə çatdırasınız", - Lukaşenko bildirib.
Öz növbəsində, Li Şanfu Lukaşenkoya nəfis Çin çinisindən hazırlanmış çay dəstini hədiyyə edərək, bunu “təvazökar suvenir” adlandırıb.