Sabah Belarusda hava paradı keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, parad avqustun 18-də saat 16:00-dan 16:30-dək Maçulişçi aerodromunda baş tutacaq.
Şou proqramda Belarus Hərbi Hava Qüvvələrinin "Su-30SM", "Su-25", "An-26", "İl-76", "Yak-130" təyyarələri və "Mi-8", "Mi-24" helikopterləri yer alacaq.