Zelenski bütün regional hərbi komissarları işdən çıxarıb

17:27 - 17 Avqust 2023 - DÜNYA

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin işə qəbulu və sosial dəstəklənməsi üzrə regional ərazi mərkəzlərinin bütün rəhbərlərinin vəzifədən azad edilməsini nəzərdə tutan fərman imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkə prezidentinin rəsmi saytında məlumat verilib.

Fərmanın mətnində bunun Milli Təhlükəsizlik Şurasının və Ukraynanın 11 avqust 2023-cü il tarixli qərarına əsaslandığı vurğulanır.

Xəbər xətti