Pakistanın müvəqqəti hökuməti and içib

16:59 - 17 Avqust 2023 - DÜNYA

Pakistanın müvəqqəti federal kabineti İslamabadda and içib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident sarayında baş tutan mərasimin yayımını İslam Respublikasının PTV dövlət kanalı aparıb.

Müvəqqəti hökumət üzvlərinin andını prezident Arif Alvi qəbul edib. Nazirlik portfellərinin bölgüsü hələ rəsmi olaraq açıqlanmayıb.

Xəbər xətti