Gürcüstan və İsrail 2024-cü ildə iki ölkə arasında azad ticarət danışıqlarına başlayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili israilli həmkarı Benyamin Netanyahu ilə görüşündən sonra bildirib.
"İsrailə rəsmi səfərim zamanı Benyamin Netanyahu ilə görüşməyimə şadam. İkitərəfli gündəliyin geniş spektrini müzakirə etdik. Gələn il azad ticarət danışıqlarına başladığımız müddətdə iqtisadi, müdafiə və təhlükəsizlik əlaqələrimiz möhkəmlənməkdə davam edir. İsrailə minnətdaram. Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyə görə”, – Qaribaşvili X sosial şəbəkəsində yazıb.
Qaribaşvili bir gün əvvəl hökumət nümayəndə heyətinə başçılıq edərək İsrailə rəsmi səfərə gəlib.