Dünya Bankı büdcəni dəstəkləmək üçün Moldovaya 97,7 milyon dollar ayıracaq
Ucnoqta.az xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bu məbləğin 88,4 milyon dolları qrant vəsaiti şəklində veriləcək. Müvafiq saziş respublika parlamenti tərəfindən ratifikasiya edilib.
Məbləğ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası vasitəsilə gələcək. Qrant müqaviləsi 2023-cü il avqustun 9-da imzalanıb.