İŞİD-in əsas liderlərindən biri məhv edilib

14:11 - 17 Avqust 2023 - DÜNYA

“Demokratik Suriya Qüvvələri” (SDS) Suriyanın Rakka şəhərində “İslam Dövləti” terror təşkilatının mühüm liderlərindən birinin məhv edildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kürd xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Rakka şəhərinin mərkəzində xüsusi əməliyyat keçirilib və nəticədə İŞİD-in əsas liderlərindən biri “Əbu Mücahid” kimi tanınan İbrahim əl-Əli məhv edilib. Qeyd olunur ki, İŞİD üzvünün gizləndiyi evdə silah və sursat, o cümlədən rabitə vasitələri tapılıb.

Xəbər xətti