Biz güclü olmalıyıq, çünki gücə həmişə hörmət edilir
Ucnoqta.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Çin Xalq Respublikasının müdafiə naziri, general-polkovnik Li Şanfu ilə görüşdə deyib.
“Təəssüf ki, bizim günahımız olmadan bu gün dünya tamamilə qeyri-sabitdir. Dünyada çox güclü təlatümlü hadisələr baş verir. Və biz güclü olmalıyıq. Çünki elə olub ki, gücə həmişə hörmət edilir. Biz öz siyasətimizdə güclü iqtisadiyyata və güclü diplomatiyaya əsaslanırıq. Bu baxımdan biz ilk növbədə dostlarımıza güvənirik”, - Lukaşenko bildirib.
Prezident vurğulayıb ki, Belarusla Çin arasında münasibətlər üçüncü dövlətlərə qarşı yönəlməyib. Öz xalqlarımızın təhlükəsizliyini təmin etmək lazımdır, Lukaşenko qeyd edib və səfərə görə Li Şanfuya təşəkkür edib.