Ukraynada hərbi vəziyyət və səfərbərlik uzadılıb

12:08 - 17 Avqust 2023 - DÜNYA

Zelenski Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddətini noyabrın 15-dək uzadıb

Ucnoqta.az xəbər verir ki, bunu Radanın deputatı Yaroslav Jeleznyak deyib. Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və səfərbərliyin üç ay müddətinə uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

Ukraynada səfərbərlik və hərbi vəziyyət bu il noyabrın 15-dək qüvvədə olacaq.

Ötən il fevralın 24-dən Ukrayna ərazisində hərbi vəziyyət tətbiq edilir.

Xəbər xətti