İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ər-Riyada yola düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin X-kanalında dərc olunan mesajda deyilir.
Məlumata görə, nazirin Səudiyyə Ərəbistanına səfəri zamanı ikitərəfli münasibətlərin müxtəlif məsələləri, eləcə də hər iki ölkə üçün qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəlikdəki problemlər müzakirə olunacaq.