ABŞ İsraildən Almaniyaya "Arrow 3" raketdən müdafiə sistemi tədarükünü təsdiqləyib

09:21 - 17 Avqust 2023 - DÜNYA

ABŞ İsraildən Almaniyaya "Arrow 3" raketdən müdafiə sistemi tədarükünü təsdiqləyib

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı İsrail dövlətinin müdafiə departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Vaşinqton İsrailin "Arrow 3" raketdən müdafiə sisteminin İsraildən alman ordusuna təhvil verilməsini təsdiqləyib.

"Arrow 3" sistemi ABŞ ilə birgə işlənib hazırlanıb və istehsal edilib, ona görə də onun ixracı ABŞ hökumətinin razılığına tabedir.

Müdafiə Nazirliyi qeyd edib ki, öhdəlik məktubu imzalandıqdan sonra İsrail və Almaniya müdafiə nazirlikləri sazişin detalları üzərində işi başa çatdıracaqlar. Hər iki parlamentin təsdiqini aldıqdan sonra tam müqavilə 2023-cü ilin sonuna kimi imzalanmağa hazır olacaq.

Xəbər xətti