Türkiyə Liviyanın Homs limanını icarəyə götürüb

09:17 - 17 Avqust 2023 - DÜNYA

Türkiyə Liviyanın şimal-qərbindəki Homs limanını 99 il müddətinə icarəyə götürüb və burada hərbi baza yerləşdirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə TGRT telekanalı mənbələrə istinadən məlumat yayıb.

Belə bir addımın Şərqi Aralıq dənizində Türkiyənin suverenliyini gücləndirəcəyi, Türkiyənin ərazi sularına nəzarəti gücləndirəcəyi və ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcəyi bildirilir.

Mövcud məlumata görə, bu bölgədə yaradılacaq hərbi bazada Türkiyənin döyüş pilotsuz təyyarələri və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır.

Xəbər xətti