Sakit Okeanın Kuril adalarının şimal qrupundan bir qədər də uzaq olmayan ərazidə maqnitudası 5,7-yə çatan dörd zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Ən güclü zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 206 kilometr şərqdə yerləşib. Şəhərdə yeraltı təkanlar iki bal gücündə hiss olunub.
Digər üç zəlzələnin gücü 4,5, 5,0 və 5,4 bal olub.