Rusiyada dörd zəlzələ olub

08:41 - 17 Avqust 2023 - DÜNYA

 Sakit Okeanın Kuril adalarının şimal qrupundan bir qədər də uzaq olmayan ərazidə maqnitudası 5,7-yə çatan dörd zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. 

Ən güclü zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 206 kilometr şərqdə yerləşib. Şəhərdə yeraltı təkanlar iki bal gücündə hiss olunub.

Digər üç zəlzələnin gücü 4,5, 5,0 və 5,4 bal olub.

Xəbər xətti