Boliviyada avtobus dərəyə aşıb, 18 nəfər ölüb

08:32 - 17 Avqust 2023 - DÜNYA

Boliviyanın mərkəzində avtobusun dərəyə aşması nəticəsində azı 18 nəfər ölüb, 20 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü “El Deber” qəzeti məlumat yayıb.

Hadisənin səbəbləri və şəraiti hələ müəyyən edilməyib. Avtobus sürücüsü sağ qalıb. Ölən və yaralananlar arasında uşaqlar da var.

Xəbər xətti