“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola üç klubla UEFA Superkubokunu qazanan ilk məşqçi olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Avqustun 17-nə keçən gecə Superkubok matçında "Mançester Siti" "Sevilya"nı məğlub edib.
Pireydəki Karaiskakis stadionunda keçirilən "Siti" - "Sevilya" görüşü 11 metrlik zərbələr seriyasında "Mançester Siti"nin qələbəsi ilə yekunlaşıb.
Qvardiola daha əvvəl “Barselona” (2009, 2011) və “Bavariya” (2013) ilə kuboku qazanıb.