“Luna-25” Yerin peyki yaxınlığında orbitə çıxıb

21:17 - 16 Avqust 2023 - DÜNYA

Rusiyanın "Luna-25" kosmik gəmisi Yerin peyki yaxınlığında orbitə daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Roskosmos”un saytında məlumat verilib.

“Rusiyanın müasir tarixində ilk dəfə olaraq, Moskva vaxtı ilə saat 12:03-də Ayın süni peykinin orbitinə avtomatik stansiya buraxılıb”, - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, manevr iki mühərrikin işə salınması ilə təmin edilib. Bütün sistemlər düzgün işləyir, əlaqə sabitdir.

Avqustun 14-də Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu Yerin təbii peykinə doğru uçan “Luna-25” avtomatik stansiyasının ilk kadrlarını dərc edib.

Xəbər xətti