Fransada təyyarə qəzasında telejurnalist həlak olub

15:34 - 16 Avqust 2023 - DÜNYA

Televiziya jurnalisti Jerar Lekler və Fransa Senatının (parlamentin yuxarı palatası) keçmiş prezidenti Mişel Monorinin qızı Luara-Atlantik departamentində yüngül mühərrikli təyyarə qəzası nəticəsində həlak olublar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Liberation qəzeti məlumat yayıb.

Qəza çərşənbə axşamı kiçik Robin DR 400 təyyarəsi havaya qalxdıqdan təxminən 40 dəqiqə sonra radar ekranlarından itdiyi zaman baş verib. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 3 nəfər olub. 

Bu günə qədər təyyarənin qalıqları tapılıb. Qəzetin məlumatına görə, ölənlərin cəsədləri tapılsa da, hələ ki, şəxsiyyətləri dəqiqləşdirilməyib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti