Çinin müdafiə naziri Belarusa gəlib

13:18 - 16 Avqust 2023 - DÜNYA

Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü, müdafiə naziri Li Şanfu ikitərəfli hərbi əməkdaşlığın aktual məsələlərini müzakirə etmək məqsədilə Belarusa üçgünlük rəsmi səfərə gəlib. Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Mərkəzi Hərbi Şuranın, Dövlət Şurasının üzvü, Çin Xalq Respublikasının müdafiə naziri general-polkovnik Li Şanfunun Belarus Respublikasına rəsmi səfəri başlayıb", - məlumatda deyilir.

Minsk hava limanında onu Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin qarşılayıb.

Xəbər xətti