Havay adalarında baş verən yanğınlarda 106 nəfər ölüb

10:04 - 16 Avqust 2023 - DÜNYA

Havay adasının Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 106 nəfərə çatıb

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının saytı xəbər verir.

Məlumata görə, indiyədək 5 nəfərin şəxsiyyəti müəyyən edilib.

Havay adasının Maui adasında meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək nəticəsində yanğın qısa zamanda turizm şəhəri olan Lahaynaya keçib və nəticədə şəhər tamamilə yanıb. Ən azı 4,5 min insan mənzilsiz qalıb.

Xəbər xətti