ABŞ-dan uçan təyyarənin pilotu uçuş zamanı ölüb

07:44 - 16 Avqust 2023 - DÜNYA

ABŞ-dan Çiliyə uçan "Latam" aviaşirkətinə məxsus sərnişin təyyarəsi pilotlardan birinin səhhətinin pis olması səbəbindən Panamada məcburi eniş etmək məcburiyyətində qalıb

Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Məlumata görə, pilot göstərilən yardıma baxmayaraq dünyasını dəyişib.

Bildirilir ki, 505 saylı reys komandanlıq heyətinin üç üzvündən birinə təcili yardım göstərilməsi zərurəti ilə əlaqədar Panamadakı Tocumen Beynəlxalq Hava Limanına enmək üçün marşrutu dəyişmək məcburiyyətində qalıb. Aviaşirkət vurğulayır ki, bütün lazımi tədbirlər görülüb. Pilotun həyatını xilas etmək üçün təhlükəsizlik protokoluna uyğun tədbirlər görülüb, lakin yerə endikdən və hadisə yerində yardım göstərildikdən sonra təəssüf ki, pilot dünyasını dəyişib.

O, laynerin komandiri olub.

Xəbər xətti