Latviyada sərhədçilər təcili məzuniyyətdən geri çağırılır

00:11 - 16 Avqust 2023 - DÜNYA

Latviyanın Dövlət Sərhəd Xidməti Belarusla sərhədin mühafizəsini gücləndirmək məqsədilə əməkdaşlarını məzuniyyətdən geri çağırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə sərhəd idarəsindən məlumat verilib.

Qərar Latviya-Belarus sərhədində artan hibrid təhlükə ilə əlaqədar qəbul edilib, burada son sutka ərzində 96 qeyri-qanuni keçmə cəhdi qeydə alınıb.

Dövlət Sərhəd Xidməti işçilərə illik məzuniyyət verilməsini dayandırır və əvvəllər məzuniyyətə çıxmış vəzifəli şəxslər onlardan geri çağırılır. Agentlik həmçinin sərhədçiləri əlavə xidmətə səfərbər etdiyini qeyd edib və silahlı qüvvələrdən və milli polisdən kömək istəyib.

Xəbər xətti