Antalyada meşə yanğını başlayıb

16:37 - 15 Avqust 2023 - DÜNYA

Türkiyənin cənubundakı kurort vilayətində Antalyada meşə yanğını baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN Türk yazıb. Məlumata görə, turizm məkanlarından uzaqda dağlıq ərazidə yerləşən Akseki rayonunda meşə yanğını başlayıb.

Hazırda yanğını dörd helikopter, beş təyyarə, səkkiz yanğınsöndürən maşın, dörd sistern və çoxlu sayda canlı qüvvə söndürür.

Ən çox ehtimal edilən səbəb kimi Türkiyənin Aralıq dənizi sahillərini yenidən bürümüş şiddətli isti dalğası göstərilir.

Xəbər xətti